Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aygün Bəylər gedişi ilə bizi də öldürdü” - Video 

"Aygün Bəylər əvəzsiz sənətkar idi. Bu həm dostluğunda, həm sənətində, həm də insanlığında...  Çox gözəl insan idi. Böyük bir itki oldu. Aygünün bildiyini sinəsinə döyüb "mənəm-mənəm" deyən musiqiçilər bilməzdi. Onun bildiyini hətta musiqi cəhətdən professor adını belə qazananlar bilmirdi. Aygün Bəylər azərbaycan musiqisinin arxivi idi. Böyük sənətkar getdi amma daim yaşayacaq"...

Poliqon olay-a istinadən bildirir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu "Günə bax" verilişində deyib.

Mərhum həmkarı, Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi onunla bağlı xatirələrini dilə gətirib:

"Aygün Bəylərlə çox yaxın idik. O mənim yaxın dostum idi. Aygün gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmirdim. Onun gedişi o qədər mənə pis təsir etmişdir ki, günlərin bir günü hiss elədim ki, nəfəsim kəsilir. Fikrimi yayındırmaq üçün öz övladımla oynadım. Amma Aygünün ölümü mənə çox pis təsir etdi. O sağlığında rəhmətini qazanan bir xanım idi. Hamımız o dünyaya gedəndə iki şey aparırıq - lənət və rəhmət. Çalışdığımız qədər lənət deyil rəhmət aparaq. Düzdü, bir çox insanlar rəhməti düşünmürlər. Onlar elə düşünürlər ki, nə varsa elə budur. Amma ən əsas bildiyimiz bura yox elə o dünyadır".

Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada vəfat edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı

1 bürc üçün fürsət ayı - Pul sel kimi gələcək

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Həmyaşıdı tərəfindən bıçaqlanaraq öldürülən şagirdin fotosu

Türkiyə İsrailin Quterreşi persona non qrata elan etmə qərarını pisləyib

Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 4 il ötür

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Ən çox oxunanalar